EN

Avro-2024: 1/8 finalın bir cütü məlumdur

Avropa çempionatında qrup mərhələsinin sonuncu turunun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, artıq A və B qruplarında yekun cədvəl müəyyənləşib. Birinci qrupdan Almaniya və İsveçrə, ikincidən isə İspaniya və İtaliya 1/8 finala vəsiqə qazanıb.

1/8 finalın bir cütü artıq dəqiqləşib. Belə ki, A qrupunun ikincisi İsveçrə B qrupunun ikincisi İtaliya ilə üz-üzə gələcək. Görüş iyunun 29-da Berlində olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources