EN

AÇ-2024: Daha 2 qrupda mübarizəyə yekun vurulur

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, 12-ci oyun günündə dörd qarşılaşma baş tutacaq.

Bu gün C və D qruplarında da mübarizəyə yekun vurulacaq. Öncə D qrupunun görüşləri keçiriləcək. Fransa yığması Polşanı, Niderland millisi isə Avstriyanı sınağa çəkəcək. Müvafiq olaraq Dortmund və Berlin şəhərlərində baş tutacaq bu oyunlara eyni saatda (Bakı vaxtı ilə 20:00-da) start veriləcək.

D qrupunda yalnız Polşa yığmasının 1/8 finala yüksəlmək şansı qalmayıb. Digər komandaların isə qrupdan çıxmaq şansı qalır və buna hansı yerlə nail olacaqları son oyunların ardından bəlli olacaq.

C qrupunda isə Danimarka millisi Serbiya ilə, İngiltərə yığması da Sloveniya ilə üz-üzə gələcək. Münhen və Köln şəhərlərində təşkil olunacaq bu görüşlərin start fiti isə saat 23:00-da səslənəcək.

Bu qrupda bütün komandaların mərhələ adlamaq şansı qalır. Məhz bu səbəbdən hər iki oyunun maraqlı və gərgin idman mübarizəsi şəraitində keçəcəyi şübhə doğurmur.

Xatırladaq ki, daha öncə Almaniya, İspaniya və Portuqaliya yığmaları qrup birincisi kimi 1/8 finala vəsiqəni erkən təmin ediblər. İsveçrə və İtaliya yığmaları isə qrup ikincisi kimi növbəti mərhələyə adlayıblar.

AÇ-2024
25 iyun

D qrupu

20:00. Fransa – Polşa
Baş hakim: Marko Quida (İtaliya)
Dortmund. “Siqnal İduna Park”.

20:00. Niderland – Avstriya
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Berlin. Olimpiya stadionu.

Xallar: Niderland – 4. Fransa – 4. Avstriya – 3. Polşa – 0.

C qrupu

23:00. Danimarka – Serbiya
Baş hakim: Fransua Leteksye (Fransa).
Münhen. “Alyans Arena”.

23:00. İngiltərə – Sloveniya
Baş hakim: Kleman Turpen (Fransa).
Köln. “Reyn Energi” stadionu.

Xallar: İngiltərə – 4. Danimarka – 2. Sloveniya – 2. Serbiya – 1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
1
arena.az

2Sources