Assanj azad edilib və Avstraliyaya uçub
“Wikileaks”-in qurucusu Culian Assanj həbsxanadan azadlığa buraxılıb.
Reyting.az bildirir ki, bu barədə “Wikileaks”-in “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib: “Julian Assange azaddır”.
Məlumatda deyilir: “İyunun 24-də London məhkəməsi Assanjı ABŞ-a ekstradisiyaya etirazını təmin etmək üçün Böyük Britaniya həbsxanasında keçirdiyi 1901 gündən sonra Belmarş həbsxanasından girov müqabilində azad etmək qərarına gəlib”.
V. QULİYEV