AVRO-2024: Bu gün D və C qruplarında mübarizəyə yekun vurulacaq
Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində bu gün D və C qruplarına yekun vurulacaq.
"İki sahil" xəbər verir ki, D qrupunda Niderland ilə Avstriya, Fransa ilə Polşa qarşılşacaqlar.
Hər iki oyun Bakı vaxtl ilə saat 20:00-da başlayacaq.
AVRO-2024
25 iyun
D qrupu, III tur
20:00. Niderland - Avstriya
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Berlin Olimpiya Stadionu.
20:00. Fransa - Polşa
Baş hakim: Marko Quida (İtaliya).
Dortmund, "Siqnal İduna Park".
Günün digər qarşılaşmasında isə İngiltərə ilə Sloveniya, Danimarka ilə Serbiya üz-üzə gələcəklər.
C qrupu, III tur
23:00. İngiltərə - Sloveniya
Baş hakim: Klement Turpin (Fransa).
Köln, “Reyn Enerqi” stadionu.
23:00. Danimarka - Serbiya
Baş hakim: Fransua Leteksye (Fransa).
Münhen, "Alyans Arena".