![Amerika](https://azertag.az/files/2024/2/1200x630/17192855992215212740_1200x630.jpg)
Bakı, 25 iyun, AZƏRTAC
ABŞ-nin ev sahibliyi etdiyi Amerika Kubokunda (Copa America) növbəti oyunlar baş tutub.
AZƏRTAC xəbər verir ki, D qrupun ilk matçında Kolumbiya və Paraqvay yığmaları üz-üzə gəlib. Görüş kolumbiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər görüşdə ilə Braziliya ilə Kosta-Rika qarşılaşıb. Matç qolsuz bərabərliklə bitib.
Qeyd edək ki, Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.