Son illərdə kişilərin mühüm problemlərindən biri keçəlləşmədir.
Publika.az xəbər verir ki, professor Canan Karatay buna düyü yeməyin səbəb ola biləcəyini bildirib.
Onun sözlərinə görə, tez-tez plov yeyən kişilərdə keçəllik problemi daha çox olur. Belə ki, düyü kişilərdə saç tökülməsini artırır.
Keçəlliyin insulin çatışmazlığı ilə əlaqəli olduğunu ifadə edən Prof. Dr. Canan Karatay D vitamini və Omeqa 3 çatışmazlığının da keçəlliyə səbəb olduğunu deyir.
Karatay saç tökülməsinə səbəb olan əsas qidalardan birinin düyü olduğunu bu sözlərlə izah edib:
“Bu tamamilə elmidir, mən bunu kitabımda izah edirəm. Kişilər düyüyə çox düşkün olmamalı və onu daim yeməlidirlər. Çünki insulininizi yüksəldir”.
Canan Karatay saç tökülməsi problemi yaşayan insanlara aşağıdakı məsləhətləri verib: