EN

Azərbaycanlı şahmatçı İngiltərə çempionu oldu

Azərbaycanlı şahmatçı Elmira Mirzəyeva İngiltərə Açıq çempionatının qalibi olub.

 

“Qafqazinfo”nun məlumatına görə, 43 yaşlı qrossmeyster İsveçrə sistemi ilə keçirilən turnirin sonuncu - VII turunda qələbə qazanaraq lider Katarjina Toma ilə xallarının sayını bərabərləşdirib.

 

Qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb.

 

Rəqibini məğlub edən həmyerlimiz yekunda İngiltərə çempionu olub.

 

Qeyd edək ki, Elmira Mirzəyeva Rusiyada anadan olsa da, onun valideynləri əslən Gəncə şəhərindəndilər.

Chosen
79
38
senzor.az

10Sources