Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Albaniya - İspaniya matçının (0:1) ən yaxşı futbolçusu müəyyənləşib.
"Far.Az" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, "buğalar"ın heyətində Ferran Torres qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
24 yaşlı hücumçu görüşdə yeganə qolun müəllifi olub.