EN

Moskvada kilsədə şamları söndürən əcnəbini zorla müalicə etmək istəyirlər

Moskvanın İstintaq Komitəsi paytaxtdakı kilsəsində şamları söndürən 20 yaşlı Tacikistan vətəndaşını məcburi müalicəyə göndərmək istəyir.

32gun.az bildirir ki, bu barədə komitənin teleqram kanalında xəbər verilib. 

Cinayət işinin istintaqı zamanı hərtərəfli psixoloji və psixiatrik ekspertiza aparılıb. Nəticələrə əsasən müəyyən edilib ki, saxlanılan şəxs psixi pozğunluq səbəbindən “hərəkətlərinin ictimai təhlükəliliyini dərk edə və onlara nəzarət edə bilməyib”.

Cinayət işi üzrə istintaq yekunlaşıb və məhkəməyə təqdim olunacaq.

Hadisə iyunun 18- də günorta saatlarında Moskvadakı Müqəddəs Saleh Döyüşçü Fyodor Uşakov kilsəsində baş verib. Müstəntiqlərin fikrincə, 20 yaşlı əcnəbi mərasim zamanı şamları “pravoslav inancına hörmətsizlik” və “pravoslav dindarların dini hisslərini təhqir etmək” üçün söndürüb.

Gəncə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi (vicdan və din azadlığı hüququnun pozulması) ilə cinayət işi başlanıb. Ertəsi gün Moskvanın Zyuzinski Rayon Məhkəməsi onu həbsə göndərib.

Nilay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
32gun.az

1Sources