EN

Xorvatiya - İtaliya matçının ən yaxşısı açıqlandı

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Xorvatiya - İtaliya matçının (1:1) ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatların heyətində Luka Modriç qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. Yarımmüdafiəçi qarşılaşmada komandasını hesabda önə keçirən qolun müəllifi olub.  

Chosen
150
8
matc.az

10Sources