EN

AVRO-2024: İspaniya B qrupunda maksimum nəticə göstərib

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşü başa çatıb.Qarşılaşma "buğalar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.Daha əvvəldən 1/8 finala vəsiqəni təmin edən ispanlar B qrupundakı xallarının sayını 9-a çatdıraraq maksimum nəticə göstəriblər.23:00Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin sonuncu turu çərçivəsində Albaniya və İspaniya milli komandaları arasında oyuna start verilib.Görüş Düsseldorf şəhərindəki "Merkur Spiel-Arena" stadionunda keçirilir.Oyunu isveçli Qlenn Nyberqin başçılıq etdiyi hakimlər heyəti idarə edir.Xatırladaq ki, iki turda 6 xal toplayan İspaniya millisi turnir cədvəlinə başçılıq edir və artıq B qrupundan "play-off"a çıxışı təmin edib. İtaliya 3 xalla ikincidir. Üçüncü və dördüncü yerləri hərəyə bir xalı olan Albaniya və Xorvatiya yığmaları tuturlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources