EN

Kreml Putin və Ərdoğan arasında mümkün görüşü TƏSDİQLƏDİ

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşünün mümkünlüyünün araşdırıldığını təsdiqləyib. 


Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Kreml nümayəndəsi iki lider arasında görüşün Qazaxıstanın paytaxtı Astanada keçirilə biləcəyinə aydınlıq gətirib.

 

Qeyd edək ki, iyunun 20-də məlum olub ki, Türkiyə prezidenti Putinlə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçiriləcək sammiti çərçivəsində danışıqlar aparmaq niyyətindədir . Bu barədə Türkiyənin Habertürk xəbər kanalı məlumat yayıb.

 

İyunun 12-də isə Ərdoğan administrasiyası iyulun 3-4-də Qazaxıstanda keçiriləcək ŞƏT sammiti zamanı Rusiya prezidenti ilə görüşünə hazırlıq barədə danışıb.

 

İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
sfera.az

1Sources