EN

Aİ Rusiya aktivlərindən götürülən 1,4 milyard avro mənfəətin Ukraynaya transferini təsdiqləyib

Aİ Rusiya aktivlərindən götürülən 1,4 milyard avro mənfəətin Ukraynaya transferini təsdiqləyib

Avropa İttifaqı Şurasına daxil olan ölkələrin xarici işlər nazirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan 1,4 milyard avro mənfəətin Ukraynaya hərbi yardım üçün Avropa Sülh Fonduna köçürülməsi qərarını təsdiqləyib. AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Cozef Borrell xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib. “Nazirlər Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Avropa Sülh Fonduna göndərilməsi üçün hüquqi baza barədə razılığa gəliblər. Aktivlərdən əldə edilən mənfəət ən qısa zamanda Ukraynanın xeyrinə istifadə olunacaq, gələn ayın 3-də 1,4 milyard avro, ilin sonuna qədər isə daha 1 milyard avro köçürüləcək” - deyə Borrel bildirib. Onun sözlərinə görə, bu pul Ukrayna üçün hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarının alınmasına, həmçinin Kiyevdə müdafiə sənayesinin dəstəklənməsinə sərf olunacaq.Diplomat onu da qeyd edib ki, Macarıstan Rusiya aktivlərindən əldə olunan gəlirin Ukrayna üçün istifadəsinə mane ola bilməz, çünki qərarda iştirak etməyib. “Biz başa düşürük ki, bu qanunidir, çünki bir ölkə qərarların qəbulunda iştirak etməyib və buna görə də pulun hansı məqsədlər üçün ayrılması ilə bağlı qərarda iştirak etmək hüququ yoxdur”.Cozef Borrell bildirib ki, Macarıstan Avropa Sülh Fondundan Ukraynaya 6 milyard avro ödəməyə qadağa qoymağa davam edir: “Bir ölkə hələ də Avropa Sülh Fondundan Ukraynaya təxminən 6 milyard avro vəsaitin ayrılmasına mane olur”.Üzv ölkələrin həll yolu tapmaq üçün bu məsələni müzakirə etməyə davam etdiklərini ifadə edən Borrell, Avropa Birliyi ilə Ukraynanın iyunun sonuna qədər Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı müqavilə imzalamaq niyyətində olduqlarını söyləyib: “Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı mətni yekunlaşdırırıq. Ümid edirəm ki, bu ay, bəlkə də növbəti Aİ sammiti çərçivəsində (27-28 iyun - red.) saziş imzalamaq üçün işlər tamamlanacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
afn.az

1Sources