EN

“Neftçi”nin canı dincəldi, ordan getməli olan futbolçular çoxdu” – sabiq idman direktoru

“Neftçi” Eddi İsrafilovla vidalaşdı.

Bu ayrılıq hər nə qədər gözlənilməz olsa da, bir çoxlarının ürəyindən “”tikan çıxarıb”. Rəsmi səhifədəki paylaşıma gələn şərhlər diqqətimiz çəkdi: “Yaxşı yol! “Neftçi”nin canı dincəldi.Mübariz futbolçu deyildi, döyüşmürdü.Yadıma gələni iki qolda günahı var idi”, “Neftçi”də göndərilməli oyunçular çoxdu, amma onlar hələ də qalırlar...”, “Bilmirəm sevinim, ya kədərlənim)" və s. Bu arada xəbər verdiyimiz kimi, Rusiya mediası Reziuan Mirzovun da klubdan ayrıldığını iddia edir.

“Neftçi”dəki durumu dəyərləndirmək üçün klubun sabiq idman direktoru Ceyhun Sultanovla danışdıq. Onun “Football-plus.az”a dedikləri:
“Bu futbolçularin gedişinin nə dərəcədə düzgün olduğunu bizlər deyə bilmərik. Çünki klubun içində olan insanlar strategiyanı qururlar və nəyəsə əsaslanıb edirlər. Bu gün Mirzovun getməsində problem yoxdu. Eddi İsrafilov isə yerli futbolçu kimi "Neftçi"yə lazım ola bilərdi. Açıq danışsaq, bir çoxfutbolçu o klubdan getməlidi. Amma strategiyanın və məqsədin nə olacağını bilmirik. Düşünürəm ki, "Neftçi" yenidən qurulmadı, yaxşı baş məşqçi olmalıdı. Ondan sonra komandani əcnəbi futbolçularla yaxşı formalasdırmalıdılar. Yerli oyunçu azdısa da, hər halda, “Neftçi"də çıxış edə biləcək futbolçular var. Klubun strategiyasından çox şey aslıdı. İndiki futbolçularla çempionatda nəticə əldə etmək alınmadı. Ona görə daha yaxşısını etmək lazımdı. Klubun içində olmadığımdan əlavə şeyləri deyə bilmərəm. Orda işləsəydim, çempionata bir ay qalmış bilərdim ki, kimləri göndərmək olar, kimləri yox. İndiki durumda bunları demək çətindi. Hər halda, gözləntimiz yaxşı "Neftçi" görməkdi”.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
96
football-plus.az

1Sources