EN

Yığmanın baş məşqçisi: Bu nəticə idmançılar üçün böyük motivasiyadır

Yığmanın

Bakı, 24 iyun, AZƏRTAC

"Bu nəticə idmançılar üçün böyük motivasiyadır".

AZƏRTAC xəbər verir ki, bu sözləri Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticə qazanan Azərbaycan millisinin baş məşqçisi Maxtı Makkayev yığmanın çıxışı barədə danışarkən deyib.

O, yarışa çox ciddi hazırlaşdıqları üçün uğurlu nəticə qazandıqlarını bildirib: "Komanda çox yaxşı çıxış elədi. Uşaqlardan razı qaldım. Onlar bizim gələcəyimizdir. İrəlidə daha böyük uğurlar qazanaraq həm idmançıları, həm də ölkəni tanıdacağıq. Hər kəslə fəxr edirik. Bütün məşqçi heyətinə əziyyətlərinə görə təşəkkür edirəm".

Mütəxəssis Azərbaycan ağırlıqqaldırma millisinə hər zaman dəstək olan federasiya prezidenti Kamran Nəbizadəyə təşəkkür edib: "Onun və vitse-prezident Firdovsi Umudovun komandaya dəstəyi çox böyükdür. Onlar hər zaman idmançıların yanında olurlar. Bu, möhtəşəmdir. Ümid edirəm ki, gələcəkdə Azərbaycan xalqını daha böyük uğurlarla sevindirəcəyik".

Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışda Azərbaycan millisi ümumilikdə 18 medal (8 qızıl, 5 gümüş və 5 bürünc) qazanıb.

Bu nəticələrə əsasən, Azərbaycan seçməsi 15 yaşadək atletlər arasında Avropa birinciliyində komanda hesabında ikinci yeri tutub. Komandamız ümumilikdə 709 xal toplayaraq Türkiyə, Polşa, Bolqarıstan və digərlərini üstələyib. Qalib adına isə 742 xalla Gürcüstan sahib çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
azertag.az

1Sources