Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsi olub, 4 nəfər xəsarət alıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Quşçu kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar xəstəxanaya aparılıb. Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun