EN

Təyyarə nasazlığa görə geri döndü

Malayziya Hava Yollarına məxsus təyyarə Tailandın paytaxtı Banqkoka uçarkən nasazlıq səbəbindən geri dönməli olub.

Teleqraf.com xəbər verir ki, təyyarənin paytaxt Kuala-Lumpurdakı beynəlxalq hava limanından havaya qalxaraq Banqkok istiqamətində hərəkət etdiyi bildirilib.

Aviaşirkətdən verilən açıqlamada, 164 sərnişin və 12 nəfərlik ekipajı olan təyyarənin havaya qalxdıqdan təxminən 2 saat sonra yaranan “təzyiq problemi” səbəbindən geri döndüyü bildirilib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
teleqraf.com

1Sources