EN

Daşkəsəndə 53 yaşlı şəxs özündən 14 yaş kiçik arvadını ÖLDÜRDÜVİDEO

Ailə münaqişəsi qətllə yekunlaşıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Daşkəsənin ucqar dağ kəndi Qazaxlıda baş verib. Belə ki, 39 yaşlı Atlas Ocaqverdiyeva həyat yoldaşı 53 yaşlı Teymur Ocaqverdiyevlə mübahisə edib, bu zaman əri ona qəfildən balta ilə ölümcül xəsarətlər yetirib.

Qətlə yetirilən qadının yas mərasimi qonşu Qabaqtəpə kəndində - ata evində təşkil olunub. Qohumları hadisənin gözlənilməz olduğunu deyirlər.

Daşkəsən rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
xezerxeber.az

1Sources