Vaşinqton Gürcüstanı Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) sammitində iştirak etməyə dəvət edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
“Bütün NATO tərəfdaşları sammitin tədbirlərinə dəvət olunur. Gürcüstan da, həmçinin”, – deyə diplomat jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd edib.
Sammit iyulun 9-dan 11-dək baş tutacaq.