EN

Paş prokuror Xankəndidən səsləndi – “Separatçıların ibtidai istintaqı başa çatıb”VİDEO

Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

Bu barədə baş prokuror Kamran Əliyev Xankəndi şəhərində açıqlama verib. O bildirib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb:

Bu arada Xankəndidə Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə "Ətraf mühitinin gücləndirilməsində maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" mövzusunda elmi-praktiki konfrans keçirilib. Bildirilib ki,   2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bu sahədə fəaliyyətin  genişlənməsi və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir.

Minatəmizləmə Agentliyinin  İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxışında bildirib ki, 10 285 kvadratmetr ərazi mina və partladılmamış sursatlarla çirkələndirilib. 10 min kvadratmetr ərazinin hamısı heç də mina sahəsi deyil: "Döyüş gedən ərazilər mütləq təmizlənməlidir. Azad edilən ərazilərin hər birində təmizlənmə işləri aparılır. Bu ilin mina təmizilənmə üzrə illik planı 60 min hektardır - deyə o, qeyd edib.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
xezerxeber.az

1Sources