EN

Daşkəsəndə iki avtomobil toqquşdu: 4 nəfər xəsarət alıb

Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsi olub, 4 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Quşçu kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar xəstəxanaya aparılıb. Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
100
6
avtosfer.az

10Sources