EN

Kral ailəsindən pis xəbər

İngiltərə kralı III Çarlz xərçəngə tutulduqdan sonra şahzadə Keyt Middltonun da xərçəng olduğu açıqlanıb. Daha bir pis xəbər Kral Çarlzın bacısı Şahzadə Annadan gəlib.

News24.az xəbər verir ki, Bukingem Sarayından verilən açıqlamaya görə, 73 yaşlı şahzadə Anna ötən gecə Qlosterşir əyalətindəki Gatcombe Park malikanəsində qəza keçirib. Qəzadan sonra şahzadə Ann beyin sarsıntısı və yüngül xəsarətlərlə Bristoldakı Southmead xəstəxanasına aparılıb.

Kral Çarlza bacısının vəziyyəti ilə bağlı tez-tez məlumat verildiyi qeyd edilib.

Saray sözçüsündən verilən açıqlamada şahzadə Annanın vəziyyətinin yaxşı olduğu və müşahidə üçün xəstəxanada saxlandığı bildirilib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
news24.az

1Sources