EN

Zelenski içki içən generalı vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, son vaxtlar fəal şəkildə tənqid olunan Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Yuri Sodolu vəzifəsindən azad edir.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, onun yerinə briqada generalı Andrey Qnatov təyin edilib.

“Mən Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Yuri Sodolu briqada generalı Andrey Qnatovla əvəz etmək qərarına gəldim”, - deyə Zelenski "Telegram" kanalında yayımladığı videomüraciətdə bildirib.

Qeyd edək ki, Sodolun Odessada restoranların birində içki içərkən çəkilmiş görüntüləri yayılmış, bu isə ictimaiyyət arasında narazılığa səbəb olmuşduş 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
50
unikal.az

10Sources