EN

Dağıstandakı terroru hakim partiyaya üzv olan şəxslər törədib? — Hadisənin PƏRDƏARXASI

 “Dağıstandakı terror aktlarını həyata keçirənlər arasında bir neçə nəfərin Rusiyanın iqtidar partiyası olan “Yedinaya Rossiya” və onun tərəfdaşı olan “Spravedlivaya Rossiya” partiyasının üzvləri olduğu qeyd olunur. Bu da təəccüblüdür. Uzun illərdən bəri Rusiyanın iqtidar partiyasına yaxın çevrələrdə işləyən insanlar əlinə silah alıb sinaqoq və kilsələrə hücum edirlər və qarşıdurmalar zamanı öldürülürlər. Bu, müəmmalıdır. Düşünürəm ki, bütün bunlar Rusiyanın daxili və xarici siyasətində veriləcək mühüm qərarların xəbərçisidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib. O qeyd edib ki, Rusiyanın Dağıstan bölgəsi Sovet İttifaqı dağılandan bu yana ölkənin daxili və xarici siyasətinə təsir göstərmək üçün yaradılmış bir mexanizm idi:



“Bu mexanizm hələ də işləməyə davam edir. Xatırlayırsınızsa, 1999-cu ilin avqust-sentyabr aylarında İstanbulda ATƏT-in zirvə konfransı keçirildi. Bir çox vacib məsələ orada həll olunurdu. Neft və qaz boru kəmərlərinin Rusiyanın Dağıstan bölgəsindən yoxsa başqa bölgələrdən keçməsi müzakirə edildiyi bir dönəmdə çeçen savaşçıları, başda Əmir Xəttab olmaqla Dağıstanın iki kəndinə hücum etdilər. Bu hücum İstanbuldakı konfrans zamanı həyata keçirildi. Nəticə etibarilə İstanbulda alınan qərarlar Rusiyanın əleyhinə oldu. Bildirildi ki, əgər Rusiyanın Dağıstan bölgəsində müharibə gedirsə, bu, oradan keçəcək boru xətlərinə təhlükə törədəcək. Rusiyanın o vaxtkı prezidenti Boris Yeltsin və onun mətbuat katibi dünya ictimaiyyətini nə qədər inandırmağa çalışsalar da ki, müharibə nəzarət altındadır, federal qüvvələr hər şeyə nəzarət edir, yenə də İstanbul konfransında Rusiyanın əleyhinə qərarlar verilərək boru xətlərinin Dağıstandan keçməsinə icazə verilmədi. 

Bugünkü gündə də Dağıstanda radikal islamçılar sinaqoq və kilsələrə hücumlar edirlər. Rusiyada dini təhlükəsizlik mühiti yoxdur, ola bilər ki, Rusiyanın müsəlman dünyası ilə arasını vurmaq istəyən qüvvələr bu terroru həyata keçiriblər. İkinci ehtimal da odur ki, Rusiya özü dünyaya – başda İsrail olmaqla, mesaj göndərir. Yəni ölkədəki radikalların həm kilsələrə, həm də sinaqoqlara hücum təhlükəsinin olduğunu vurğulamaq istəyir və bununla bağlı tədbirlər görmək istəyir. Təsadüfi deyil ki, belə olan halda da terror aktı həyata keçirilir”. 

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
demokrat.az

1Sources