EN

“Ukrayna PUA-ları Rusiyanın 30-dan çox neft emalı zavodunu vurub” – Zelenski


“Ukrayna xüsusi əməliyyat qüvvələri Rusiyanın 30-dan çox neft emalı zavoduna, terminallarına və neft anbarlarına zərbələr endirib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski hərbçilərlə görüşündə bildirib.
Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyat Mərkəzinin döyüşçülərini yubiley münasibətilə təbrik edən Zelenski bildirib ki, ukraynalılar Rusiya neft emalı zavodlarına edilən hücumlara görə onlara minnətdar olmalıdırlar:
“Və artıq 30-dan çox neft emalı zavodu, terminal və neft anbarı vurulub”.
O əlavə edib ki, Ukrayna ordusunun pilotsuz təyyarələri üçün 1500 kilometr məsafə artıq problem deyil.
Chosen
51
1
yeniavaz.com

2Sources