EN

Bakıda Rusiya Mədəniyyəti Günlərinin açılışı oldu

Bu gün Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günləri çərçivəsində Qala konsert baş tutub.

Teleqraf.com xəbər verir ki, Rusiya mədəniyyət nazirinin müavini Andrey MalışevRusiya Mədəniyyəti Günləri çərçivəsində Qala konsertdə iki ölkə arasında mədəniyyət sahəsinin əhəmiyyətindən danışıb: “Mən günəşli, gözəl Bakıda, dost Azərbaycanda olmaqdan çox şadam. Bütün artistlər Bakıda dost, isti atmosferi xüsusi vurğulayırlar. Mən tək havanı deyil, azərbaycanlı qardaşlarımızın qəlbini də nəzərdə tuturam. Biz bu gün 2012-ci ildən keçirilməyən Rusiya Mədəniyyəti Günlərini açılışını qeyd edirik. Mən əminəm ki, bundan sonra bu ənənə davam edəcək, növbəti ilə Rusiyada Azərbaycan Mədəniyyəti Günlərini qeyd edəcəyik. Bu il teatr tamaşaları da olacaq, Rusiya teatrları Azərbaycana gələcək. Kino və sərgi nümayişləri də olacaq. Bizim birgə yaradıcılığımız, dostluğumuz var. Əminəm ki, mədəniyyət və incəsənət sahəsində birgə əməkdaşlığımız yüksək səviyyədə davam edəcək. Biz Azərbaycan mədəniyyət naziri ilə birgə film istehsalını, qarşılıqlı qastrolları müzakirə etdik. Bu gün Ümumrusiya Konsert Qastrol Planı bərpa olunur. Bu gün razılaşdıq ki, Azərbaycanın yaradıcı kollektivləri növbəti ilə bu proqramda iştirak etsin”.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov isə çıxışında deyib ki, Azərbaycanda Rusiya Mədəniyyəti Günləri hər zaman olduğu kimi çox yüksək səviyyədə keçirilir: "Dost ölkə Rusiyadan ölkəmizə təşrif buyuran qonaqlarımızın hər birini görməyə çox şadıq. Rusiya Mədəniyyəti Günlərinə, belə bir mühüm tədbirə ev sahibliyi etdiyimiz üçün şərəf duyuruq. Əminliklə deyə bilərik ki, tədbirin ölkəmizdə qeyd edilməsi bütünmədəniyyətsevərlər üçün bayrama çevriləcək".

Qeyd edək ki, Rusiya Mədəniyyəti Günləriiyunun 22-dən 26-dək davam edəcək. Mədəniyyət günləri münasibətilə qonşu ölkədən geniş nümayəndə heyəti, tanınmış incəsənət ustaları Azərbaycana gəlib.


Müəllif: Rəqsanə Həsənova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
2
teleqraf.com

3Sources