EN

İxtisas seçimi başlayan magistraturaya yüksək bal toplayanların sayının azalmasına SƏBƏB NƏDİR?VİDEO

Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə kəskin azalıb.

Xezerxeber.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, 2023-cü ildə magistratura səviyyəsinə qəbul imtahanında maksimuma yaxın toplayanların sayına nisbətən, bu il göstəricilər 4 dəfəyədək aşağı düşüb. Belə ki, bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-dən yüksək olub. Ötən il isə bu göstərici 54 bala yaxın idi.

Təhsil ekspertlərinin fikrincə, qəbul imtahanında bakalavrların yazı bacarıqlarının yoxlanılması üçün məntiq və ilk dəfə olaraq xarici dil fənlərindən təqdim edilən açıq tipli tapşırıqlar ballara təsir edib.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, magistratura üçün plan yerlərinin artırılması və imtahan nəticələrinin aşağı olması qəbul ballarının enməsinə səbəb olacaq

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul üçün ixtias seçimi iyunun 30-dək aparılacaq.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
xezerxeber.az

1Sources