EN

“Bunları yada salanda adamın ürəyi parçalanır”

“Mən Fernandu Santuşun uğur qazanacağına inanmıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq yarımmüdafiəçi Vidadi Rzayev deyib.

Veteren futbolçu AFFA-nın Fernandu Santuşla 4 illik müqavilə imzalamasına münasibət bildirib. O, portuqaliyalı mütəxəssis uğur qazanacağına inanmadığını söyləyib:

“Tərlan Əhmədovun təyinatını gözləyirdim? Yox, vallah. İstəsəydilər, azərbaycanlı məşqçilərin adlarını hallandırardılar.

Jurnalistlər yerli məşqçiləri gündəmə gətirirdilər, AFFA-dan heç kim konkret söz demirdi.

Guya siyahıda yerli mütəxəssislərin də adı var idi. Heç kim də yox idi.

Yenə deyirəm, Allah eləsin, ehtimalımda yanılım. De Byazi təzə gələndə çempionatımızı, futbolçularımızı tərifləyirdi, deyirdi,

Azərbaycan çempionatı Albaniya elitasından güclüdür. Millətlər Liqasında hədəfə çata bilməyəndən sonra “futbolçu yoxdur” dedi.

Berti Foqtsla Canni de Byazi nə etmişdisə, bu da eyni yolu gedəcək.

Almaniyada futbol akademiyası açmışdılar. Hanı o akademiya?

Hanı akademiyadan çıxan bir nəfər futbolçu? Bunları yada salanda adamın ürəyi parçalanır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
sportinfo.az

1Sources