EN

“Fransa Ermənistana silah verməklə Azərbaycanla danışıqları çətinləşdirir” – Uorlik


“Sülh müqaviləsi imzalamağa yaxın olduğumuz üçün Fransanın bu addımı Ermənistanla Azərbaycan arasında münasibətlərdə yeni təxribatçı elementdir”.
Yeniavaz.com
news.am-a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik deyib.
Onun fikrincə, Fransa Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Ermənistanla silah tədarükü ilə bağlı müqavilə bağlamalı idi:
“Amma necə deyərlər, nə var, odur. Ermənistanın müdafiə olunmaq hüququ var, ordusuna sahib olmaqda davam edəcək, onu dağıtmayacaq, sərhədlərini istənilən xarici təhdidlərdən qoruyacaq, lakin təəssüf ki, biz sülh sazişinə yaxınlaşdıqca belə bir addım çaşqınlıq yaradır və danışıqları daha da çətinləşdirir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
yeniavaz.com

1Sources