İsrail ordusu Livandan göndərilən "şübhəli hava obyekti"nin İsrailin şimalında vurulduğunu açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada: "Hava müdafiə sistemləri İsrail hava məkanına daxil olan şübhəli hava hədəfini zərərsizləşdirib" , - deyə bildirilib.
Hələlik Livandakı Hizbullah və Fələstin müqavimət qruplarından məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumlarını davam etdirən İsrail, şimal sərhədində də Livan Hizbullahı ilə döyüşür.
Malik AtilayÂ
Bizi İnstagramda izləyin