EN

AVRO-2024: Patrik Şik Türkiyə ilə oyunu buraxacaq

Çexiya millisinin futbolçusu Patrik Şik Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyununda meydana çıxa bilməyəcək.

"Report" "LEquipe"yə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu zədə səbəbindən Türkiyə ilə qarşılaşmanı buraxmalı olacaq.

Gürcüstanla keçirilən matçda (1:1) komandasının yeganə qoluna imza atan "Bayer 04"ün forvardı həmin görüşdə zədə alıb.

Qeyd edək ki, Çexiya - Türkiyə oyunu iyunun 26-sı, saat 23:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
8
azpolitika.info

9Sources