EN

Ekoloqlar iki təyyarəni narıncı rəngə boyadılar

Ekoloji fəallar Londonun Stansted hava limanında şəxsi təyyarələrin yerləşdiyi əraziyə daxil olub və 2030-cu ilə qədər qalıq yanacaq istifadəsinə qadağa qoyulmasını tələb edərək təyyarələri narıncı rəngə boyayaraq etiraz edib.

525.az xəbər verir ki, "Just Stop Oil" anti-qalıq yanacaq ətraf mühit təşkilatının açıqlamasında iki fəalın yerli vaxtla saat 05:00-də hava limanının məftil çəpərlərini kəsərək şəxsi təyyarələrin olduğu əraziyə daxil olduğu bildirilib. Daha sonra isə fəallar iki təyyarəni narıncı rəngə boyayıb.

Açıqlamada dünya əhalisinin 80 faizinin heç vaxt təyyarəyə minmədiyi, 1 faizinin isə aviasiya emissiyalarının yarısını istehsal etdiyi qeyd edilib.



Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
525.az

1Sources