EN

Moskva yaxınlığında ofis binası yanır, ölənlər var – Video


Moskva yaxınlığındakı Fryazino şəhərindəki “Platan” Elmi-Tədqiqat İnstitutunun ərazisində yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti”yə fövqəladə hallar xidmətindən məlumat verilib.
“Birinci yanğınsöndürmə və xilasedicilər gələn zaman səkkiz mərtəbəli binanın 5-ci mərtəbəsində güclü tüstü olub. Yanğınsöndürmə bölmələri yuxarı mərtəbələrdəki insanların xilas edilməsini təşkil edib”, - agentliyin həmsöhbəti bildirib.
“Baza” telegram kanalının məlumatına görə, yanğın 5-6-cı mərtəbələrdə, plan-layihə binasının ofislərində başlayıb. Yanğının nədən baş verdiyi açıqlanmır.
Qeyd edilir ki, “Platan” Tədqiqat İnstitutu elektron hissələrin və radio komponentlərinin istehsalı ilə məşğuldur.
Bildirilir ki, yanğında 8 nəfər həlak olub, iki yanğınsöndürən də daxil olmaqla daha üç nəfər xəsarət alıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
yeniavaz.com

1Sources