EN

Rusiya mədəniyyət nazirinin müavini: Rusiyalı artistlər Azərbaycanı çox sevir

“Mən günəşli, gözəl Bakıda, dost Azərbaycanda olmaqdan çox şadam”.

APA-nın xəbərinə görə, bunu ölkəmizdə keçirilən Rusiya Mədəniyyət Günləri çərçivəsində Qala konsert zamanı jurnalistlərə açıqlamasında Rusiya mədəniyyət nazirinin müavini Andrey Malışev bildirib.

Nazir müavini qeyd edib ki, mən 10 ildən çoxdur ki, Bakıda olmayıb:

“Bütün artistlər Bakıda dost, isti atmosferi xüsusi vurğulayırlar. Mən tək havanı deyil, azərbaycanlı qardaşlarımızın qəlbini də nəzərdə tuturam. Biz bu gün 2012-ci ildən keçirilməyən Rusiya Mədəniyyət Günlərini açılışını qeyd edirik. Mən əminəm ki, bundan sonra bu ənənə davam edəcək, növbəti ilə Rusiyada Azərbaycan Mədəniyyəti Günlərini qeyd edəcəyik. Bu il teatr tamaşaları da olacaq, Rusiya teatrları Azərbaycana gələcək. Kino və sərgi nümayişləri də olacaq. Bizim birgə yaradıcılığımız, dostluğumuz var. Əminəm ki, mədəniyyət və incəsənət sahəsində birgə əməkdaşlığımız yüksək səviyyədə davam edəcək”.

Andrey Malışev rusiyalı artistlərin Azərbaycanı çox sevdiyini vurğulayıb: “Rusiyalı artistlər həm kommersiya əsasında, həm də dövlət dəstəyi ilə Azərbaycana səfərlər edirlər. Bu, ancaq və ancaq çoxalacaq. Biz bu gün Azərbaycan mədəniyyət naziri ilə birgə film istehsalını, qarşılıqlı qastrolları müzakirə etdik. Bu gün Ümumrusiya Konsert Qastrol Planı bərpa olunur. Bu gün razılaşdıq ki, Azərbaycanın yaradıcı kollektivləri növbəti ilə bu proqramda iştirak etsin”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
2
apa.az

3Sources