EN

Kadırovun anasına sanksiya tətbiq edildi

Çeçenistan rəhbəri Ramzan Kadırov Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 14-cü sanksiya paketinin siyahısında anası Aymani Kadırovanın da olmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Kadırov öz Teleqram kanalında belə "xoş hədiyyə"yə görə Aİ-yə təşəkkür edib.

“Aymani Kadırovanın fəaliyyətinə verdiyi yüksək qiymətə görə Avropa İttifaqına dərin minnətdarlığımı bildirirəm. Onun ABŞ-ın əvvəllər tətbiq etdiyi sanksiyalarla birlikdə Avropa sanksiya siyahısına salınması döyüşçülərimizə və onların ailələrinə dəstək göstərdiyi xidmətlərin əsl etirafıdır”.

Xatırladaq ki, Aymani Kadırova xüsusi əməliyyatda iştirak edən çeçen döyüşçülərin ailələrinə kömək etdiyi üçün sanksiya siyahısına salınıb.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
teleqraf.com

1Sources