EN

BMT baş katibi Dağıstanda törədilən terror aktını pislədi

BMT-nin baş katibi Antonio Quterreş Dağıstanda baş verən terror aktı ilə əlaqədar Rusiya xalqına başsağlığı verib.

Day.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, onun sözlərini sözçüsü Stefan Düjarrik rəsmi internet saytında dərc etdiyi bəyanatda çatdırıb.

"BMT-nin Baş katibi Dağıstanda yəhudi və xristianların dini obyektlərinə və təhlükəsizlik qüvvələrinə qarşı törədilən terror aktlarını ən kəskin şəkildə pisləyir", - bəyanatda qeyd edilib.

Qeyd edək ki, vətəndaşların təhlükəsizliyini təmin etmək, terror cinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edən şəxslərin zərərsizləşdirilməsi üçün Rusiya FSB-nin Dağıstan üzrə departamenti antiterror əməliyyatı keçirib. Mahaçqala və Dərbənd şəhərlərinin inzibati sərhədləri daxilində antiterror əməliyyatının hüquqi rejimi bu gün saat 08:15-də ləğv edilib..

Bazar günü Dərbənd və Mahaçqalada silahlı şəxslər pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Son məlumatlara görə, 15-dən çox polis əməkdaşı, həmçinin bir neçə mülki şəxs, o cümlədən Rus Pravoslav Kilsəsinin keşişi terror aktlarının qurbanı olub. Həmçinin, ikisi Dərbənddə, üçü isə Mahaçqalada olmaqla beş terrorçu zərərsizləşdirilib.

Chosen
99
12
day.az

10Sources