EN

Məlikov Dağıstandakı terrorun məqsədini açıqladı

"Dərbənd və Mahaçqalada törədilən terror aktları vaxtı və hədəfləri öncədən razılaşdırılıb".

Teleqraf.com xəbər verir ki, bunu Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov deyib.

“Bütün bunlar məqsəd, vəzifə və ən əsası, vaxt baxımından uyğunlaşdırılıb. Görünür, onların eyni vaxtda dörd terror aktı törətməklə, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin fəaliyyətinə xaos yaratmaq, bundan istifadə edərək məsuliyyətdən və saxlanılma cəhdlərindən yayınmaq üçün birbaşa planları olub”, - o bildirib.


Müəllif: Arzu
Chosen
96
5
teleqraf.com

6Sources