EN

Silvinyo: “İspaniya yığması ilə oyun - bu, fantastikadır”

Albaniya yığmasının baş məşqçisi Silvinyo AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda İspaniya yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, braziliyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən çox həyəcanlıyam. Burada olmaqdan çox məmnunam. Mən İspaniyada yaşayıram. Uşaqlarım orada doğulublar. Uzun müddət “Barselona” və “Selta”da oynamışam. Mən çox adamı tanıyıram. İndi İspaniya yığması ilə oynamaq fantastikdir. Bu, böyük məşqçisi olan əla komandadır və bu günü heç vaxt unutmayacağam. İspaniya yığması ilə görüşmək və irəliləmək imkanına sahib olmaq əladır. Biz inkişaf edirik və indi dünyanın ən yaxşı komandalarından birinə qarşı ən yaxşı oyunçularla oynamalıyıq”, deyə Silvinyo bildirib.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “B” qrupunun Albaniya – İspaniya oyunu bu gün, iyunun 24-də Düsseldorfun “Merkur Şpil-Arena” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

3-cü tur ərəfəsində “B” qrupunun mənzərəsi belədir:

  1. İspaniya – 6 xal
  2. İtaliya – 3 xal
  3. Albaniya – 1 xal
  4. Xorvatiya – 1 xal

Vurğulayaq ki, İspaniya yığması yarışın 1/8 final mərhələsinə vəsiqəsini artıq təmin edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
arena.az

1Sources