EN

UEFA Albaniya ilə Xorvatiyanı sərt cəzalandırdı

UEFA-nın Nəzarət, İntizam və Etik komisiyası AÇ-2024-ün qrup mərhələsində baş tutan Xorvatiya - Albaniya matçında yaşananlarla bağlı cəzalarını açıqlayıb.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 19-da Hamburqda keçirilən (2:2) görüşdə yaşananlara görə Albaniya Futbol Federasiyası ümumilikdə 47,5 min avro məbləğində cərimələnib.

Bunun 2,5 mini azarkeşlərin pirotexniki vasitələr yandırmasına, 20 mini intizam qaydalarını pozmağa, 25 mini isə təxribat xarakterli mesajların yayılmasına görədir. Albaniya millisinin hücumçusu Mirlind Daku matç başa çatdıqdan sonra makedoniyalıların və serblərin ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün 2 oyunluq diskvalifikasiya edilib.

Xorvatiya Futbol Assosiasiyası da cərimələnib. Oyun zamanı pirotexniki vasitələr yandırıb meydana atan azarkeşlərə görə yerli qurum ümumilikdə 28 min avro cərimələnib.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
fanat.az

1Sources