EN

iPhone 16 Pro modelləri təkmilləşdirilmiş ultra geniş bucaqlı kameranı əldə edəcəklər

     Verilmiş yeni məlumata əsasən Apple şirkətinin bu il təqdim edəcəyi iPhone 16 smartfon seriyasına daxil olacaq iPhone 16 Pro modelləri kamera mövzusunda yenilənmələrə məruz qalacaqlar. Bu smartfonlar yenilikləri əsasən ultra geniş bucaqlı kamera və optik zoom məsələlərində əldə edəcəklər. Məlumatda qeyd edilib ki, iPhone 16 Pro və iPhone 16 Pro Max modelləri 48 MP-lik yenilənmiş ultra geniş bucaqlı kameranı əldə edəcəklər. Yenilənmiş ultra geniş bucaqlı kamera öz növbəsində zəif işıqlı mühitdə daha keyfiyyətli fotoların əldə edilməsində yardımçı olacaq.   Bununla yanaşı Apple iPhone 16 Pro modellərinin kameralarında optik və rəqəmsal zoom funksiyalarının imkanlarını genişləndirəcək. Belə ki, smartfonlarda 5 qat optik zoom-un və 25 qat rəqəmsal zoom-un olacağı gözlənilir. Bundan əlavə olaraq kameraların linzaları üzərinə yeni növ antiblik örtük vurulacaq. Məlumata əsasən iPhone 16 Pro modellərində əsas kamerada Sony-nin işığa olduqca həssas yeni kamera sensoru istifadə ediləcək. Qeyd etmək lazımdır ki, iPhone 16 smartfon seriyasının sentyabr ayında təqdim olunacağı gözlənilir.

Chosen
83
technote.az

1Sources