EN

Gələcək iPhone-larda fərdi şəkildə dəyişdirilə bilən arxa panellər imkanı reallaşdırıla bilər

   Apple şirkətinin yeni patent sorğusuna əsasən şirkət iPhone-lar üçün fərdi şəkildə dəyişdirilə bilən arxa panellər imkanını reallaşdırmağı nəzərdən keçirir. iPhone-lar üçün nəzərdə tutulmuş bu cür imkan smartfonların funksionallıqlarını tamamilə dəyişə bilər. Patent sorğusuna əsasən istifadəçi smartfonun standart arxa panelini müxtəlif əlavə funksiyalara sahib digər arxa panel ilə əvəz edə bilər. Məsələn daha fərqli arxa panel yaxşılaşdırılmış səsgücləndiriciləri və ya istifadəçi səhhətinin monitorinqi üçün nəzərdə tutulmuş sensorları əldə edə bilər.     Fərdi şəkildə dəyişdirilə bilən arxa panel konsepsiyasında iPhone 12 və ondan sonra işıq üzü görmüş digər iPhone-larda istifadə edilən MagSafe aksesuarlarındakı maqnitlərin istifadəsinə əsaslanır. Məlumata əsasən dəyişdirilə bilən panellər özlərində əlavə batareyaları, kameraları və ya ekranları da birləşdirə bilərlər. Qeyd etmək lazımdır ki, bu sadəcə patent sorğusudur və Apple şirkətinin iPhone-larda bu cür konsepsiyanı 100% reallaşdıracağına dair zəmanət yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
technote.az

1Sources