Vətən müharibəsi iştirakçısı müəllimiz 55 bal toplayaraq yüksək nəticə göstərib.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilən Şəmkir rayon S.Məmmədov adına Zəyəm qəsəbə 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Hüseyn Şamilli təhsilverənlərin sertifikatlaşdırılması prosesinində 55 bal toplayıb.