Fransa millisinin futbolçusu Killian Mbappenin Almaniyada keçirilən Avropa çempionatının III turunda Polşa ilə oyunda meydana çıxacağı gözlənilir.Yığmanın baş məşqçisi Didye Deşam Avstriya ilə ilk matçda (1:0) burnu sınan 26 yaşlı hücumçuya qrupun son görüşündə şans verə bilər.Xüsusi maska ilə məşqlərdə iştirak edən K.Mbappe ikinci turda Niderlandla baş tutan qarşılaşmada (0:0) da iştirak etməyib.Qeyd edək ki, iyunun 25-də keçiriləcək Fransa–Polşa oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Paylaş: