EN

Ekoloq: Urmu gölünün vəziyyəti yaxşılaşmayıb

Ekoloq:

Bu il yağıntıların normal olmasına baxmayaraq, Urmu gölünün vəziyyətində ciddi yaxşılaşma qeydə alınmayıb.

Gunaz.tv

Bu sözləri tanınmış ekoloq Əli Ərvahi deyib.

O, gölə nisbi su toplanmasına aldanmamağı və onun ekoloji vəziyyətinin yenidən dəyişəcəyini söyləyib.

Qeyd edək ki, mövsümi yağıntılardan sonra hazırda Urmiya gölünün sahəsi 1790 kvadrat kilometrə, su həcmi isə 2 milyard 34 milyon kubmetrə çatıb.

Nəzərə almaq lazımdır ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Chosen
73
1
xalqcebhesi.az

2Sources