EN

Avropa İttifaqı Çin və Türkiyədən 28 şirkətə qarşı sanksiya tətbiq etdi

Avropa İttifaqı (Aİ) bir sıra Çin və Türkiyə şirkətlərini Rusiya Federasiyasına qarşı mövcud məhdudiyyətlərdən yayınmaqda ittiham edərək, onlara qarşı sanksiyalar tətbiq edib. 

HİT.az xəbər verir ki, bu barədə TASS regional birliyin yüksək rütbəli nümayəndəsinə istinadən yazır.

Mənbənin məlumatına görə, Çindən 19 şirkət və Türkiyədən 9 təşkilat məhdudiyyətlərə məruz qalıb. Bundan əlavə, Brüssel bir Hindistan və bir Qazaxıstan şirkətinə qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

Materialda hansı şirkətlərdən söhbət getdiyi göstərilmir.

İyunun 24-də Aİ 14-cü anti-Rusiya sanksiyalar paketini, o cümlədən Ural Hava Yolları şirkətinə məhdudiyyətlər tətbiq edib. Onunla yanaşı, "Volqa-Dnepr" qrupu, eləcə də hava limanı holdinqi "Novaport" və "Sovcomflot" da qara siyahıya salınıb.

Aİ izah edib ki, adıçəkilən təşkilatlar guya Rusiya hökumətindən maddi dəstək və ya müavinət alır. Üstəlik, Brüssel onları Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə iştirak etməkdə şübhəli bilir.

Aİ-nin sanksiyalarına məruz qalan şəxslər arasında Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Aleksandr Moiseev və Federal Əmlakın İdarə Edilməsi Agentliyinin rəhbəri Vadim Yakovenko da var. Eyni zamanda məhdudiyyətlər Mariupol şəhərinin meri Oleq Morqun, Rusiya Federasiyası və Belarusun Birlik Dövlətinin dövlət katibi Dmitri Mezentsev və bir sıra digər şəxslərə də şamil edilib.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
valyuta.az

1Sources