EN

Antiterror tədbirlərinin 23 saat 51 dəqiqəyə yekunlaşması...- ÖZƏL

"Azərbaycan silahlı qüvvələri dünyada ilk dəfə olaraq antiterror tədbirlərində və döyüş əməliyyatlarında mülki əhalinin zərər görməməsi üçün unikal bir əməliyyat həyata keçirdi ki, bununla da Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti  digər ölkələrə, hansılar ki, əməliyyatların gedişatında eyni miqdarda hərbçi ilə bərabər, eyni sayda mülki əhalinin də həlak olması ilə müşayiət olunan əməliyyatlar həyata keçirirlər-bu ölkələr üçün Azərbaycan bir nümunə oldu". 

Bu fikirləri hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev Olaylar.az-a açıqlamasında bildirib:

"Digər tərəfdən bugünkü günə qədər antiterror tədbirlərinin cəmi  23 saat 51 dəqiqəyə yekunlaşması Azərbaycan Ordusunun güc, imkan və döyüş potensialının nə qədər yüksək olduğunu bir daha dünyaya nümayiş etdirmiş oldu. 
 Azərbaycan Silahlı Qüvvələrinin belə bir böyük potensiala malik olması Azərbaycanın regionun lider dövlətindən, daha üstün bir səviyyəyə-qlobal gücə çevrilməsi istiqamətində fəaliyyətlərimizi davam etdirmək üçün kifayət qədər münbit şərait yaradır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
olaylar.az

1Sources