EN

Natiq Cəfərli: Oktyabrda sərhədlər açılmasa dünyaya yaxşı mesaj olmaz

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi oktyabrın 1-dək uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, karantin rejiminin müddəti bundan əvvəl 1 iyul saat 06:00-dək uzadılmışdı.


İqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a bildirib ki, Azərbaycanda karantin rejiminin uzadılması artıq izah edilməz vəziyyətə gəlib çatıb:

“Virus və “COVİD19” dünyada da yoxdur. "COVİD19"-a görə karantin rejiminin uzadılmasına artıq heç kəs inanmır. Bunu çox zaman təhlükəsizlik məsələsi ilə əlaqələndirirlər. Düzdür, ətrafımızda kifayət qədər ciddi təhlükələr, münaqişələr və təhdidlər var. Ancaq Azərbaycan Hüquq və Mühafizə orqanları güclü olan bir ölkədir. Azərbaycan açıq sərhəd rejimində belə öz təhlükəsizliyini tam təmin edə bilər. Mən şəxsən buna inanıram. Ancaq nəyə görəsə, hökumət bu məsələni təhlükəsizlik ilə əlaqələndirərək karantin rejimi adı altında quru sərhədlərin bağlı olmasını uzadır. Çünki karantin rejiminə aid olan hər bir nüans ləğv olunub, bir quru sərhədlərdən başqa. 2020-2021-ci ildə qoyulan məhdudiyyətlərin heç biri qalmayıb. Ona görə də qərar sırf quru sərhədlərin bağlı olmasına görədir. Bu isə doğru deyil. Ona görə doğru deyil ki, Azərbaycan noyabr ayında möhtəşəm və çox böyük COP29 tədbirinə hazırlaşır. Oktyabr ayında sərhədləri açmasalar dünyaya yaxşı mesaj olmaz. Əgər Azərbaycanda təhlükəsizlik ilə bağlı quru sərhədlər bağlıdırsa, niyə bu qədər böyük tədbirin keçirilməsinə qərar verilir. Ümid edək ki, bu sonuncu uzadılmadır və oktyabr ayının 1 dən sərhədlər açılacaq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
sherg.az

1Sources