EN

Şimali Koreyadan ABŞ-a yeni dünya müharibəsi xəbərdarlığı...Moskvanın buna haqqı var...

Image

Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin katibi Park Çon Çxon bildirib ki, ABŞ-ın Ukraynadakı münaqişədə iştirakı yeni dünya müharibəsinin başlanmasına səbəb ola bilər.

"Əgər Birləşmiş Ştatlar Ukraynanı Rusiyaya qarşı proksi-müharibəyə sövq etməkdə davam edərsə, bu, Moskvanın daha qəti reaksiyasına və yeni dünya müharibəsinə səbəb ola bilər", - deyən katib əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin ABŞ silahları ilə Rusiya sərhədləri yaxınlığındakı hədəflərə hücumları halında Moskvanın istənilən cavab zərbəsini seçmək hüququ var.

Qeyd edək ki, bir neçə gün əvvəl Putin və Şimali Koreya lideri Kim Çen In Pxenyanda danışıqlar zamanı hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıblar.  

TAHİR





Chosen
80
3
baki-xeber.com

4Sources