EN

“Metronun kondisioner sistemi ilə bağlı xüsusi işçi qrupu fəaliyyət göstərir” - QURUM RƏSMİSİ AÇIQLADI

“Yay mövsümünün gəlişi ilə Bakı Metropolitenində yeni nəsil vaqonlarda olan mikroiqlim nəzarəti, o cümlədən kondisioner sisteminin fəaliyyəti ilə bağlı bir sıra fərqli addımlar atılıb. Bunlardan birincisi gün ərzində xəttə nəzarət mexanizmlərinin artırılmasıdır. Çünki yay dövründə qatarlarda kondisioner sisteminin soyutma rejiminin daha çox işlək vəziyyət olması zərurəti və xüsusi güc altında çalışması müşahidə olunur. Belə olduğu halda xətdə olan qatarlarda nasazlıq və ya sistemlə bağlı bu və ya digər problemlər yarana bilər. Monitorinqlərin məqsədi də xətdə bu problemləri aşkar edib, zamanında tədbirlərin görülməsidir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, sərnişinlər tərəfindən də hər hansı problemlər müşahidə olunduqda, şikayətlər qəbul olunur və müvafiq olaraq qatarlarda əlavə monitorinqlər keçirilir: “Qatarlarda olan mikroiqlim nəzarəti sistemləri avtomatik sistemdə çalışır və il boyu davamlı olaraq işləyir. Ümumiyyətlə bu sistemin əsas mahiyyəti ondan ibarətdir ki, salonun hərarəti, oksigenin miqdarı, rütubətlilik, mühitin çirkliliyi və digər məsələlərin hər birinin ayrı-ayrılıqda monitorinqi aparılır. Burada maşinistlərin bu və ya digər mənada hər hansı müdaxiləsi qeyri-mümkündür. Qatarlar səhər xəttə verildikdə artıq sözügedən sistemlər qoşulu vəziyyətdə olur. Lakin yay fəslində kondisioner sisteminin daimi olaraq böyük təzyiq və güc altında çalışması səbəbilə müəyyən nöqsan və qüsurlar yarana bilir. Lakin bununla bağlı xüsusi işçi qrupu fəaliyyət göstərir. Çünki Bakı metropolitenində artıq yeni nəsil qatarların sayı artıq 23-ə çatdırılıb. Bu səbəbdən artıq sahə üzrə formalşmış işçi qrupu var və onlar kondisioner sisteminin xidməti baxışını, təmiri və qulluğunu həyata keçirirlər”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
sia.az

1Sources