EN

Müəllimlərin sertifikasiya imtahanı başa çatıb

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşdı. 21, 22, 24 iyun tarixlərində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib.

Təhsil İnstitutundan seher.media-a verilən xəbərə görə, test imtahanlarında 23 448 müəllim iştirak edib. İmtahanlarda 97,5% davamiyyət qeydə alınıb.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.

İyunun 24-də xarici dil (alman dili, fransız dili, rus dili və ədəbiyyatı və s.), eləcə də Azərbaycan dili (rus bölməsi), ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırma prosesinin test mərhələsində iştirak edəcəklər. Daha əvvəl riyaziyyat və ingilis dili müəllimləri ilk dəfə sertifikasiyaya cəlb olunublar.

seher.media xəbər verir ki, test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris fənni üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.

Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.

Bu il 30 mindən çox təhsilverənin sertifikatlaşdırma prosesinə cəlb edilməsi nəzərdə tutulub. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib.

Chosen
115
48
seher.media

10Sources